Dünya çempionatının yaşıl meydanlarında ikinci turun həyəcanı bütün sürəti ilə davam edir.
Tribuna.az xəbər verir ki, qrup mərhələsinin növbəti oyun günündə futbol həvəskarlarını bir-birindən gərgin və baxımlı mübarizələr gözləyir.
H qrupunun ən diqqətçəkən duellərindən birində İspaniya və Səudiyyə Ərəbistanı yığmaları üz-üzə gələcək. Azarkeşlərin maraqla gözlədiyi bu qarşılaşmanın start fiti Bakı vaxtı ilə düz saat 20:00-da veriləcək.
Eyni qrupun digər görüşündə Uruqvay və Kabo-Verde milliləri yaşıl meydanda qüvvələrini sınayacaqlar. Bu matç iyunun 22-də saat 02:00-da start götürəcək.
G qrupundakı mübarizələrə gəlincə, iyunun 21-i gecə saat 23:00-da Belçika və İran yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər, iyunun 22-si saat 05:00-da isə Yeni Zelandiya və Misir millilərinin maraqlı qarşılaşması baş tutacaq.
Dünya çempionatı
II tur
H qrupu
21 iyun
20:00. İspaniya – Səudiyyə Ərəbistanı
22 iyun
02:00. Uruqvay – Kabo-Verde
G qrupu
21 iyun
23:00. Belçika – İran
22 iyun
05:00. Yeni Zelandiya – Misir.
Xatırladaq ki, futbol üzrə dünya çempionatında Ekvador-Kurasao oyunu keçirilib.









