Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi (DTSERA) yeni tenderinin nəticəsini açıqlayıb.
Tribuna.az xəbər verir ki, sözügedən qurum Lənkəran, Yevlax və Naftalan Reabilitasiya Mərkəzlərinin inzibatı binalarında cari təmir işləri aparacaq.
Məlumatda qeyd edilir ki, tenderin qalibi “AZERSERVİCES” MMC olub. Anlaşmaya əsasən bu cari təmir işləri üçün 95 min 267 manat ayrılıb.
Fərda Uğur









