DTA bu dəfə Çin və Hindistandan jurnalist gətirir

DTA bu dəfə Çin və Hindistandan jurnalist gətirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Turizm Agentliyi (DTA) xaricdən jurnalist, blogger və turizm agentlərinin ölkəyə gətirilmə prosesinə davam etdirir.

Tribuna.az xəbər verir ki, Agentliyin son tenderinə yekun vurulub.

Qeyd edilir ki, bu dəfə Çin və Hindistandan jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkil olunacaq. DTA bu dəfə də köhnə tanışı ilə anlaşıb. Belə ki, tenderin qalibi “VEGA TRAVEL MANAGEMENT” MMC olub.

Çin və Hindistanlı qonaqların gəliş-gedişi və digər xərcləri isə 418 min 313 manata başa gələcək.

Bildirək ki, DTA bu səfərlərlə bağlı mütəmadi olaraq tənqid edilir. Lakin qurum hesab edir ki, Azərbaycanın turizm potensialını təqdim etmək üçün bu addım yaxşı vasitələrdən biri hesab olunur.

Amma maraqlıdır ki, hər il milyonlarla manat vəsait xərclənməsinə baxmayaraq, Azərbaycana turzim axını aşağı düşür. Son rəqəmlərə əsasən son 5 ayda ölkəyə gələn turistlərin sayı ötən ilin müvafiq dövrünə nisbətdə 2 faiz azalıb.

Fərda Uğur