Bir neçə gün bundan əvvəl Dövlət Sosial Müdafiə Fondu (DSMF) yığımların aşağı olması səbəbindən maliyyə sıxıntısı yaşayacağını açıqlamışdı.
Tribuna.az xəbər verir ki, cəmi 2.3 milyard manat ehtiyatı olduğunu qeyd edən fond, bir neçə ildən sonra problemlə üzləşə biləcəyini istisna etməyib.
Lakin buna baxmayaraq, açıqlamadan bir gün sonra DSMF dəyəri 1 milyon manat olan binanı icarəyə götürmüşdü. Dünən isə Fond daha bir tender keçirib və nəticəsini açıqlayıb. Məlum olub ki, dövlət qurumu inventarların alınmasını reallaşdıracaq. İlham Turab oğlu Abışovdan bu məqsədlə 50 min 999 manat dəyərində müdir dəstləri satın alınacaq.
Qeyd edək ki, açıqlanan siyahıdan görünən odur ki, bütün mebel dəstləri və oturacaqların hamısı müdirlər üçün nəzərədə tutulub.
Fərda Uğur









