Dövlət Sosial Müdafiə Fondu (DSMF) yeni tender elan edib. Tribuna.az xəbər verir ki, qurum maşın və avadanlıqların satın alınmasını reallaşdırmaq fikrindədir.
Məlumatda bildirilir ki, tenderin nəticəsi 17 sentyabrda baş tutacaq. Alınacaq mal və məhsullar üçün isə 511 min 70 manat vəsait nəzərədə tutulub.
Qeyd edək ki, DSMF bu pulla 1 ədəd skan aparatı, 56 ədəd sadə printer, 15 ədəd noutbuk, 20 ədəd kompüter dəsti və 11 ədəd planşet almağı planlaşdırır.
Fərda Uğur









