Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) daha bir tender elan edib.
Tribuna.az xəbər verir ki, Fond maşın və avadanlıqların satın alınmasını həyata keçirmək üçün qalib müəyyən etmək fikrindədir.
Rəsmi qaynaqlarda qeyd edilir ki, sözügedən qurum bu işin həyata keçirilməsi üçün 511 min 70 manat xərc çəkməyə hazırdır. Həmin pula isə bir sıra avaddanlıqların alınması nəzərdə tutulub. Məsələn, DSMF 511 min manata 1 ədəd skan aparatı, 210 ədəd printer, 16 ədəd noutbuk, 20 ədəd kompüter dəsti, 21 ədəd planşet, 21 ədəd USB, 258 ədəd İP telefon, 2 ədəd monoblok, 5 ədəd gücləndirilmiş masaüstü kompüter dəsti və 2 ədəd
Wi-Fi avadanlığı almaq niyyətindədir.
Fərda Uğur









