Dövlət Sosial Müdafiə Fondu növbəti tenderini elan edib.
Tribuna.az xəbər verir ki, qurum Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialı üçün ofis axtarırı.
Məlumatda bildirilir ki, ofisin ümumi sahəsi 3500 kv.metr olmalıdır. Tərəflər anlaşarsa, ən azı 36 aylıq icarə müaqaviləsi bağlanacaq. Bu müqavilənin dəyəri isə 2 milyon 16 min manat olacaq.
O da vurğulanır ki, tenderin şərtinə əsasən icarəyə götürüləcək ofis tam təmirli və mebelsiz olmalıdır.
Fərda Uğur









