Hazırda qüvvədə olan “Dövlət qulluğu haqqında” Qanuna əsasən “Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir”. Qanuna edilən dəyişiklik qüvvəyə mindikdən sonra müxtəlif əlavələr formasında ödənilən hissələr vəzifə maaşının tərkibinə daxil edilməklə, əməkhaqqının vahid strukturu müəyyən ediləcəkdir.
Tribuna.az xəbər verir ki, bu sözləri hüquq müdafiəçisi Sahib Məmmədov bildirib. O əlavə edib ki, məqsəd əməkhaqqının daha sabit və əvvəlcədən proqnozlaşdırıla bilən olmasını təmin etməkdir:
“Həmçinin dövlət qulluqçularının gəlirlərinin daha çox sabit maaş üzərində formalaşmasına zəmin yaratmaqdır.
Qənaətimə görə, yeni sistem dövlət qulluqçularının maraqlarına cavab verir, həm də mümkün sui-istifadələrin qarşısını alacaqdır”.
Gülşən Rəsul










