Dövlət başçıları Prezidenti təbrik edir – YENİLƏNİB

Dövlət başçıları Prezidenti təbrik edir – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Trinidad və Tobaqo Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Kristin Karla Kanqalu Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Tribuna.az  xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri.

28 May – Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına Trinidad və Tobaqo Respublikasının Hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Zati-aliləri, Sizə şəxsi rifah, Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzularımı qəbul etməyinizi xahiş edirəm”.

***

Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Tribuna.az xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri, əziz Qardaşım.

Ölkənizin milli bayramı – 28 May Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur,
dost Azərbaycan xalqına yeni-yeni uğurlar və firavanlıq arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək ölkələrimiz arasında mövcud əməkdaşlıq münasibətlərinin dost xalqlarımızın mənafeləri naminə möhkəmlənməsi və inkişafı istiqamətində səyləri daha da artırmaq niyyətimizi xüsusi vurğulayıram.

Zati-aliləri, əziz Qardaşım, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Tailandın Kralı Maha Vajiralongkorn Phra Vajiraklaochaoyuhua Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Tribuna.az xəbər verir ki, məktubda deyilir:

“Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, ölkənizə, xalqınıza əmin-amanlıq və firavanlıq arzu edirəm.

Tailand ilə Azərbaycan arasında 30 ildən artıq davam edən, qarşılıqlı anlaşmaya və ortaq dəyərlərə əsaslanan dostluq münasibətləri əhəmiyyətli dərəcədə inkişaf etmişdir.

Qəti şəkildə əminəm ki, biz güclü iradəmizlə ölkələrimizin və xalqlarımızın mənafeyi naminə dostluq münasibətlərimizi möhkəmləndirmək, xüsusilə ticarət, investisiya və turizm sahələrində ikitərəfli əməkdaşlığımızın inkişafı istiqamətində fəaliyyətimizi davam etdirərək birgə səylərimizi daha da artıracağıq”.

***

Livan Respublikasının Prezidenti general Cozef Aun Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Tribuna.az xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə Livan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Sizə möhkəm cansağlığı, şəxsi rifah, müdrik rəhbərliyinizlə dost Azərbaycan Respublikasına və onun xalqına davamlı tərəqqi və firavanlıq arzulayıram.

Birlik və əməkdaşlıq dəyərlərini təcəssüm etdirən bu bayram qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi, xalqlarımızın, ölkələrimizin rifahı və mənafeyi naminə yeni nailiyyətlərin qazanılması məqsədilə birgə səylərimizin gücləndirilməsi baxımından bir fürsətdir.

Zati-aliləri, ən yüksək ehtiramımı və xoş arzularımı qəbul etməyinizi xahiş edirəm”.

***

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafoza Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Tribuna.az  xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

Əlamətdar tarix – 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına öz adımdan və Cənubi Afrika Respublikasının Hökuməti və xalqı adından ən səmimi təbriklərimizi, xoş arzularımızı çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı arzulayır, ölkələrimiz arasındakı mükəmməl dostluq münasibətlərini daha da inkişaf etdirmək niyyətimizi bir daha bəyan edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Malta Respublikasının Prezidenti Miriam Spiteri Debono Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Tribuna.az xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri.

28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza Malta xalqı adından səmimi təbriklərimi çatdırıram.

Diplomatik münasibətlərin qurulduğu vaxtdan etibarən Malta ilə Azərbaycan qarşılıqlı hörmətə və anlaşmaya əsaslanan dostluq əlaqələrini uğurla davam etdirirlər. Əminəm ki, ikitərəfli və çoxtərəfli əməkdaşlığımız gələcək illərdə daha da möhkəmlənəcəkdir.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və firavanlıq arzulayıram.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Koreya Respublikasının Prezidenti Li Cemyön Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Tribuna.az xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza Koreya Respublikasının Hökuməti və xalqı adından səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Koreya ilə Azərbaycanın sarsılmaz dostluğa və dərin etimada əsaslanan əməkdaşlıq münasibətlərinin davamlı şəkildə inkişafını olduqca önəmli hesab edirəm.

Ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmlənəcəyinə və müxtəlif sahələrdə sıx mübadilələr vasitəsilə əməkdaşlığımızın üfüqlərinin genişlənəcəyinə ümidvaram.

Zati-aliləri, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, Azərbaycan Respublikasına davamlı tərəqqi və firavanlıq, xalqınıza xoşbəxtlik arzulayıram”.

***

İsveç Kralı XVI Karl Qustav Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Tribuna.az xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Zati-alinizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına firavanlıq arzu edirəm”.

***

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Tribuna.az xəbər verir ki, məktubda deyilir:

“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-alinizə Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı bildirirəm.

Qardaş Azərbaycan Hökumətinə və xalqına daha da sürətli inkişaf və rifah arzulayıram.

Zati-alinizə hörmət və ehtiramımı ifadə edirəm”.

***

Belçikalıların Kralı Filip Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Tribuna.az  xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı – 28 May – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi-qəlbdən təbriklərimi yetirir, rifah və firavanlıq arzulayıram”.

***

Mərakeşin Kralı VI Məhəmməd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Tribuna.az xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri, əziz Qardaşım.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə böyük məmnunluq hissi ilə ən səmimi təbriklərimi çatdırır, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza daha çox tərəqqi və firavanlıq arzulayıram.

Mərakeş Krallığı ilə Azərbaycan Respublikası arasındakı sıx münasibətlərə çox böyük dəyər verirəm.

Əməkdaşlığımız onu dərinləşdirmək və qardaş ölkələrimizin vətəndaşlarının istəklərinə uyğun olan xüsusi tərəfdaşlıq qurmaq əzmimizlə daha da möhkəmlənir”.

***

Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Tribuna.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi, xalqınıza tərəqqi və firavanlıq arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Xorvatiya ilə Azərbaycanı çoxillik əməkdaşlıq və dostluq əlaqələri bağlayır. Əminəm ki, dost ölkələrimizin münasibətlərinin inkişafı və yeni istiqamətlərdə əməkdaşlığın həyata keçirilməsi ilə bağlı fəaliyyətimiz davam edəcəkdir. Hər iki ölkənin iqtisadi imkanları əməkdaşlığımızın daha da möhkəmlənməsi üçün stimul ola bilər.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Çex Respublikasının Prezidenti Petr Pavel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Tribuna.az xəbər verir ki, təbrik məktubunda deyilir:

İcazə verin, Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi çatdırım.

Çex Respublikası Azərbaycan Respublikası ilə münasibətlərini yüksək qiymətləndirir və əməkdaşlığı daha da möhkəmləndirməkdə maraqlı olduğunu bir daha təsdiqləyir. Ölkələrimiz arasında enerji, sənaye, ticarət, investisiya, elm və təhsil sahələrində davamlı inkişaf edən əlaqələri yüksək qiymətləndiririk və tərəfdaşlığımızın hər iki ölkə üçün faydalı olacağına əminik. Biz, həmçinin Azərbaycanın daha geniş regionda sabitliyə və əməkdaşlığa töhfə verən tərəfdaş kimi mühüm rolunu yüksək dəyərləndiririk.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram”.

***

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Tribuna.az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Zati-aliləri cənab Prezident.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Bu əlamətdar günü Sizinlə birlikdə qeyd edərkən, Misir və Azərbaycan arasında mövcud olan dostluq münasibətlərini yüksək qiymətləndirirəm. Eyni zamanda, dost xalqlarımızın mənafeyinə uyğun olaraq ortaq maraq doğuran müxtəlif sahələrdə əlaqələrimizin daha da dərinləşdirilməsi və genişləndirilməsi istiqamətində Sizinlə sıx əməkdaşlıq etməyə sadiq qaldığımı bir daha təsdiqləyirəm.

Hörmətli cənab Prezident, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram”.

***

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Tribuna.azxəbər verir ki, məktubda deyilir:

“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Möhtərəm Prezident, əziz Qardaşım.

Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının Hökumətinə və xalqına daha da çox inkişaf və firavanlıq arzu edirəm”.