Bir müddət sonra sonra 1500 azkomplektli məktəb distant təhsilə keçəcək. Nazir Emin Əmrullayev üçün isə 1000 nəfər tamaşaçı qarşısında futbol oynamaq daha maraqlıdır.
Tribuna.az xəbər verir ki, bu sözləri dosent İlham Əhmədov bildirib. O qeyd edib ki, Əmrullayev ronqaldan tullançaqdan, dutbol oynaçaqdan vaxt tapsaydı, təhsillə də məşğul olardı:
“Əcnbilər platforma iqtisadiyyatı, platforma universiteti qurur. Nazir isə hələ tonqaldan tullanır, top qovur, selfi çəkdirir.
Belə işlərdən vaxt tapsaydı, bir az təhsil, distant təhsil haqqında düşünərdi. Axı 3-4 aydan sonra 1500 azkomplektli məktəb distanta keçəcək. Nazir deyir ki, 1000 nəfər tamaşaçı qarşısında futbol oynamaq maraqlıdır. Amma demir ki, 6 ildir 2 milyon şagird, tələbə, müəllim, 8 milyon da valideyn, nənə, baba həsrətlə gözləyir ki, tərsinə qurulmuş təhsilimiz nə vaxt düzələcək?”.
Gülşən Rəsul









