Sumqayıtda 19 yaşlı qız yaşayış binasından yıxılıb.
Tribuna.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə dekabrın 22-si saat 20 radələrində şəhərin 10-cu mikrorayonu ərazisində baş verib.
2006-cı il təvəllüdlü Aysel Əlizadə yaşadığı 4-cü mərtəbədəki mənzilin eyvanından yıxılıb. O, ağır xəsarətlər alıb və xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırmalar aparılır.









