Dörd rayonda yanğın törədən 4 nəfər məsuliyyətə cəlb edildi

Dörd rayonda yanğın törədən 4 nəfər məsuliyyətə cəlb edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Cəlilabad rayonunun Maşlıq, Goranboyun Düzqışlaq, Oğuzun Yaqublu və İsmayıllının Qəzli kəndlərinin ərazisində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Tribuna.az-a bildirilib ki, araşdırmalar nəticəsində yanğınların həmin rayonların sakinləri – F. Zeynalov, Ə. Əliyev, A. Ağayev və M. Şükürov tərəfindən törədildiyi məlum olub.

Yanğın hadisələri nəticəsində ümumilikdə 9 hektara yaxın sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.