İstehlakçılar dondurma seçərkən diqqətli olmaldır. Dondurmanın son istifadə tarixi ötməyə bilər, ancaq onun düzgün saxlanılmaması məhsulu poza, onun zərərli edə bilər.
Bu sözləri Tribuna.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib. O bildirib ki, bu il onlara dondurmalarla bağlı şikayət daxil olmayıb:
“Dondurma bazarına nəzarət var. İstər istehsal müəssisəsində, istərsə də satış yerlərində dondurmanın saxlanılmasına nəzarət edilir. Ancaq istənilən halda alıcı diqqətli olmaldır.
Qablaşdırmanın üzərindəki tarixə diqqət etməli, məhsulun son istifadə müddətinin keçmədiyinə əmin olmalıdır. Hətta əgər son istifadə müddətinə az müddət qalıbsa, mümkün qədər o məhsulu almasınlar.
Həmçinin qablaşdırma, məhsulun üzərindəki örtük səliqəli, zədəsiz olmalıdır. Əzilmiş, qabı deşilmiş, formasını dəyişmiş dondurma almaq məsləhət deyil. Əgər qab əzikdirsə, deməli dondurma düzgün saxlanılmayıb və ya düzgün daşınmayıb deyə əriyib və keyfiyyətini itirib”.
Nigar İxtiyarqızı










