Məşhur “The Times” qəzeti Rusiyanın Ukraynaya qarşı müharibəsini təkcə iki dövlət arasında savaş olmadığını yazıb.
Tribuna.az xəbər verir ki, nəşr bu savaşın Rusiya preziddenti Vladimir Putinin şəxsi istəyi və hədəfləri ilə bağlı olduğunu iddia edib.
Qəzet yazıb ki, Rusiya bu gün Donbası alsa belə, bununla qane olmayacaq. “Moskva dəfələrlə açıq şəkildə bəyan edib ki, onun Ukraynaya müdaxiləsi təkcə ərazi ilə bağlı deyil. Əsas məqsəd Kiyevdəki qərbyönümlü hökumətin rusca ifadəsi olan, müharibənin “əsas səbəbləri” deyilən şeyi aradan qaldırmaqdır. Kreml həmçinin Ukraynanın NATO-ya daxil olmasının qarşısının alınmasını və ordusunun sayının məhdudlaşdırılmasını tələb edir”.
Amma “The Times” onu da yazıb ki, Putin Zelinskinin də cəzalandırılmasını istəyir. “Bu, onun Zelinskiyə olan nifrətindən qaynaqlanır. Ukrayna ərazilərinin işğalının bir səbəbi də bu nifrətdir”.
Fərda Uğur









