“Dollar zəifləyir, qızıl çökəcək” iddiaları: panika, yoxsa planlı mesaj?

“Dollar zəifləyir, qızıl çökəcək” iddiaları: panika, yoxsa planlı mesaj?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə qızıl ev təsərrüfatlarının əsas yığım alətidir. Son günlər türk analitiklərin qızılın “ağır çöküş” yaşayacağı ilə bağlı açıqlamaları sosial şəbəkələrdə və mediada geniş yayılıb.
Mütəxəssislər bildirir ki, qızıl lokal deyil, qlobal aktiv olduğundan mümkün qiymət dəyişiklikləri təkcə Türkiyəyə yox, dünya bazarına təsir edə bilər.

Məsələ ilə bağlı Tribuna.az-a açıqlama verən iqtisad elmləri üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, bizim analitiklər qızılın rekord həddə çatacağını, türk analitiklər isə qızılın çökəcəyini deyib.

İqtisadçının sözlərinə görə, əksinə, qızılın qiyməti qısa müddət ərzində artacaq. Məlumdur ki, bu, dollara bağlıdır. ABŞ-da isə dollar zəifləyir. Onun gücləndirilməsi yönündə işlər davam edir.

Günay Hüseynova qeyd edib ki, Venesuelanın neftinə sahib çıxmağı və s. elə bu məqsədlər üçün idi. Çünki əlavə rezerv gəlirə ehtiyac var idi. Dolların zəifləməsi də qısa müddət olacaq. Sadəcə olaraq, dolların zəifləməsi xəbərini eşidən investorlar qızıla yönəlir. Bundan əlavə də ümumiyyətlə qızıla yönələn insanlar var idi. Ona görə də qızılın qiyməti bu səviyyədə yüksəlmişdi. Amma çöküş məsələsinə qalanda, türkiyəli analitiklərin açıqlamalarını sadəcə qızıla həvəsi, qızıl alışını azaltmaq məqsədi ilə olduğunu düşünürəm. Yəni, Türkiyədə əksər insanlar, minimum əmək haqqı ilə çalışandan tutmuş böyük məbləğlər alana kimi onlar pulu milli valyutada saxlamırlar və qızıla yönəlirlər. Pulu az olan belə, dollar və ya EUR alır. Onlar pulunu yığır və müəyyən həddə çatanda o dolları və ya valyutanı xırdalayıb təkrardan qızıla çevirir. Camaatda “qızıl çökəcək” deyib, qorxu və panika yaradırlar. Çünki Türkiyədə yatırım məqsədi ilə qızıl alışına daha böyük həvəs var.

Dəniz Pənahova