Bu ilin ilk beş ayında (yanvar-may) Azərbaycanda nikah və boşanmaların sayı azalıb.
Bu barədə Tribuna.az -a Dövlət Statistika Komirəsindən məlumat verilib.
Bildirilib ki, cari ilin ilk beş ayında 15 107 nikaha daxilolma və 8 087 boşanma halları qeydə alınıb.
2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı azalaraq 4,7-dən 3,6-ya, boşanmaların sayı isə 2-dən 1,9-a düşüb.
Bu ilin yanvar-may ayları ərzində 34 056 doğulan körpə qeydə alıb. Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,2-dən 8,0-a düşüb.
Doğulan körpələrin 53,5 faizi oğlan uşaqları, 46,5 faizi isə qız olub. Onlardan 1184-ü əkiz, 48-i isə üçəmdir. Həmçinin cari ilin yanvar-may aylarında ölkədə 25 511 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,9-dan 6,0-a qədər artıb.
İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 9287 nəfər və ya 0,1% artaraq 2026-cı il iyun ayının 1-i vəziyyətinə 10 milyon 271 min 638 nəfərə çatıb. Ölkə əhalisinin 54,3 %-ni şəhər, 45,7 %-ni kənd sakinləri, 49,8 %-ni kişilər, 50,2 %-ni isə qadınlar təşkil edir.









