Direktor seçimi niyə dalana dirənib? — Müəllimlər etiraz edir

Direktor seçimi niyə dalana dirənib? — Müəllimlər etiraz edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təxminən bir il öncə nazirlik tərəfindən məktəb direktorlarının işə qəbulu ilə bağlı müsabiqə elan olunmuşdur. Nazirliyin açıqladığı qaydalara əsasən, müsabiqə üç mərhələdən ibarət idi:

Yazılı imtahan

Esse mərhələsi

Müsahibə

Mövcud qaydalara görə, müsabiqə prosesi maksimum 6 ay ərzində yekunlaşmalı idi. Lakin artıq 6 aydan uzun bir vaxt keçməsinə baxmayaraq, müsabiqənin yekun nəticələri hələ də açıqlanmayıb.

Müsabiqənin nəticəsi elan edilmədiyi halda, nazirlik tərəfindən 10 noyabr tarixinə qədər direktorların işə qəbulu üçün imtahansız müraciət pəncərəsi açıldığı barədə açıqlama verilib. Bu qərar imtahanın bütün mərhələlərini uğurla keçmiş yüzlərlə müəllim arasında ciddi narazılıq yaradıb. Digər yandan nazirliyin sanki özlərinə yaxın adamlar üçün imtahansız şərait yaratması barədə iddialar səslənir.

Direktorların işə qəbulu ilə bağlı bir il əvvəl elan edilən müsabiqənin nəticələri nə üçün hələ də açıqlanmayıb?

Müsabiqənin nəticələri açıqlanmamışkən, direktorların işə imtahansız qəbuluna dair yeni qərarın verilməsi hansı qanunvericilik bazasına əsaslanır?

 

Mövzu ilə bağlı Tribuna.az Elm və Təhsil Nazirliyinin mətbuat xidmətindən 4 səlahiyyətli şəxsə yazıb məsələ ilə bağlı cavab öyrənməyə çalışsaq da, onlar zənglərimizə, mesajlarımıza və Gmail sorğumuza cavab verməyiblər.

Dəniz Pənahova