Milli Məclisin bu gün keçirilən iclasında “Diplomatik xidmət haqqında” Qanuna təklif olunan dəyişikliklər müzakirəyə çıxarılıb.
Tribuna.az bildirir ki, layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidmət keçən diplomatik xidmət əməkdaşlarının dövlət məvacibinə aşağıdakılar daxildir:
– aylıq vəzifə maaşı;
– diplomatik rütbəyə görə əlavə haqq;
– təmsilçiliyə görə əlavə haqq;
– xidmət üçün zəruri olan hallarda aylıq iş vaxtı norması 5 (beş) saatdan çox artırılanda işlədiyi hər saata görə ödənilən əlavə haqq;
– əmək qanunvericiliyinə əsasən əmək şəraiti ilə diplomatik xidmət əməkdaşlarına şamil edilən əlavələr (xidmət şəraitinin ağır və zərərliliyinə, iqlim şəraitinə və s.).
Qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.









