Diplomatik trafik: Tehran Vaşinqtonla danışıqlara başlamaq istəyir?

Diplomatik trafik: Tehran Vaşinqtonla danışıqlara başlamaq istəyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-İran danışıqlarına hazırlıq son mərhələyə çatıb.

Tribuna.az xəbər verir ki, dünən Pakistan ordusunun komandanı Asim Munir dünən Tehrana gəlib.

O, İran rəsmiləri ilə ABŞ-la razılığa gəlmək üçün son səyləri müzakirə edib.

Bu əsnada, Qətər də İrana nümayəndə heyəti göndərib. Məqsəd ABŞ-İran danışıqları məsələsinə yardımçı olmaq və məsələni birdəfəlik həll etməkdir.

“Əl-Ərəbiyyə” kanalı isə Pakistanın vasitəçiliyi ilə hazırlanan İran–ABŞ razılaşmasının yekun layihəsini açıqlayı. Məlumata əsasən, layihənin əsas şərtləri aşağıdakılardır:

– Bütün cəbhələrdə dərhal və hərtərəfli atəşkəs elan olunacaq;

– Tərəflər bir-birinin hərbi və strateji infrastrukturunu hədəfə almamağa söz verəcəklər;

– Fars körfəzi və Hörmüz boğazında naviqasiya azadlığı birgə monitorinq mexanizmi vasitəsilə təmin ediləcək;

-İranın razılaşma şərtlərinə əməl etməsi qarşılığında sanksiyalar mərhələli şəkildə yumşaldılacaq və ya ləğv ediləcək;

– Həll olunmamış məsələlərlə bağlı yeni danışıqlar maksimum yeddi gün ərzində başlanacaq.

Lakin ABŞ İranın danışıqlara gedəcəyindən əmin deyil. Tribuna.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp son açıqlamasında “Səbirsizliklə İranın razılığını gözləyirik” deyib. Lakin ardından qeyd edib ki, müharibənin hər an başlama ehtimalı var.