Yanvarın 2-də ölkə ərazisində qeydə alınan 21 cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN-in Mətbuat Xidmətindən Tribuna.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 2 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edilib ki, narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 4 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 14 nəfər saxlanılıb.
Bundan əlavə, yanvarın 2-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.









