Dövlət Gömrük Komitəsi (DGK) istismarında olan avtomobillərinin təmir edilməsi və texniki qulluq göstərilməsi üçün tender elan edib.
Tribuna.az xəbər verir ki, qurumun Avtomobil Nəqliyyatı İdarəsi bununla bağlı şərtləri və ayrılacaq məbləği açıqlayıb.
Məlumatda qeyd edilir ki, DGK balansında olan avtomobilləri təmir etdirmək və onlara texniki qulluğun göstərilməsi üçün 2 milyon 209 min 566 manatlıq büdcə nəzərədə tutulub.
Qeyd edək ki, tenderin qalibi sentyabrın 4-də müəyyən olacaq.
Fərda Uğur









