Dərnəgüldən rayonlara getmək mümkün olacaq

Dərnəgüldən rayonlara getmək mümkün olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 6-dan etibarən sərnişinlər Dərnəgül dayanacağından qatarla birbaşa bölgələrə səfər edə biləcəklər.

Tribuna.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC məlumat yayıb.

Bildirilib ki, ADY-nin yeni istifadəyə verilmiş Dərnəgül dayanacağından aşağıdakı marşrutlar üzrə reyslər həyata keçiriləcək:

– Bakı-Qazax-Bakı

– Bakı-Ağstafa-Bakı (əlavə reyslər)

– Bakı-Balakən-Bakı

– Bakı-Qəbələ-Bakı

Qeyd olunub ki, sərnişinlər biletləri artıq ADY-nin rəsmi saytı, “ADY Mobile” tətbiqi və dəmiryol kassaları vasitəsilə əldə edə bilərlər.