Deputatların maşınlarının təmiri 1 milyon manata başa gələcək?

Deputatların maşınlarının təmiri 1 milyon manata başa gələcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclis yeni tenderinin nəticəsini açıqlayıb.

Tribuna.az xəbər verir ki, parlament istifadəsində olan xidməti avatomobillərin təmirini reallaşdıracaq.

Məlumatda deyilir ki, 2026-ci il üzrə nəqliyyat vasitələrinin cari təmiri xidmətinin və ehtiyat hissələrinin satın alınması prosesini tenderin qalibi “AZƏRTEXSERVİS” MMC həyata keçirəcək. Bu məqsədlə tərəflər arasında 1 milyon 44 min 669 manat dəyərində çərçivə sazişi imzalanıb.

Qeyd edək ki, Milli Məclisin balansında olan avtomobillər deputatların istifadəsində olan xidməti maşınlardan ibarətdir.

Fərda Uğur