Deputatlar tətilə getdi

Deputatlar tətilə getdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin payız sessiyasında son iclas keçirilir.

 Tribuna.az xəbər verir ki, deputatlar bu gün 15 məsələni müzakirə edəcək.

***

Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət edib. Müraciət mətnini deputat Zaur Şükürov səsləndirib.

“Dünya Azərbaycanlıları ilə əlaqələrin möhkəmlənməsi, harada yaşamasından aslı olmayaraq milli kimliyinin qorunması, onların inkişafı, dəfələrlə soyqırımı və deportasiyaya məruz qalmış Qərbi Azərbaycanlıların hüquqlarının qorunması xalqımızın birlik və həmrəyliyin güclənməsinə xidmət edir.

Bugünkü müstəqil Azərbaycan dövləti xalqımızın ən böyük tarixi nailiyyətlərindən biridir. Hər bir soydaşımız və həmvətənimiz bilir ki, ona arxa duran milli dövləti var”, – müraciət mətnində bildirilib.

***

Milli Məclisin payız sessiyasında son iclas bağlı elan edilib.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə – iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.

Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır. Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.

Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Milli Məclis hər il yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.

Fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır. 2026-cı il fevralın 1-i bazar gününə düşdüyündən plenar iclas fevralın 2-də keçiriləcək.