Deputat: “Casuslar Xamineyinin yanında olublar”

Deputat: “Casuslar Xamineyinin yanında olublar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əhməd Baxşayeş Ərdəstani ciddi iddia ilə çıxış edib.

Tribuna.az xəbər verir ki, o, İranın keçmiş dini lideri Əli Xamineyinin yanında cacusların olduğunu bildirib.

Ərdəstani deyib ki, Xamineyinin iclas keçirdiyi yeri kənardan müəyyən etmək mümkün deyildi. “Mərhum ali lider Əli Xameneyinin iclas keçirdiyi yerin müəyyən edilməsi onun yaxın ətrafında casus olmadan mümkün deyildi. Məsələn, sizcə rəhbərin filan gün iclası olacağını necə bildilər?  Məlumdur ki, casus düz qulaqlarının dibində olub. Bu məsələlər araşdırılmalıdır”.

Fərda Uğur