“Danışıqlar faydasızdır; nə atəşkəsin, nə də danışıqların bizim üçün heç bir mənası yoxdur”.
Tribuna.az xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Fədəh Hüseyn Maliki deyib.
İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sözçüsü İbrahim Rzayi isə bildirib ki, əgər ABŞ “müdrikcəsinə” hərəkət etmək istəyirsə, danışıqlarda İranın şərtlərinə razı olmaqdan başqa çarəsi yoxdur.
O əlavə edib ki, İranın şərtləri 10 bənd şəklində göstərilib, o cümlədən zənginləşdirmə hüququnun tanınması, kompensasiyanın ödənilməsi və İranın Hörmüz boğazının idarə olunmasını qəbul etməsi. “Tehran bu mövqelərindən geri çəkilməyəcək. Hörmüz boğazındakı vəziyyət heç vaxt müharibədən əvvəlki vəziyyətə qayıtmayacaq və bu, İran üçün müəyyən reallıq hesab olunur”.
Fərda Uğur









