Dəmir Yolları işçilərinin sayını niyə azaldıb?

Dəmir Yolları işçilərinin sayını niyə azaldıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) yükdaşımaları istiqamətində çalışan işçilərinin sayı ilin birinci rübündən üçüncü rübünədək 90 nəfər azalıb.

Tribuna.az xəbər verir ki, bu barədə məlumatı Banker.az yayıb.

Şirkətin yükdaşımaları üzrə təqdim etdiyi göstəricilərə əsasən, 2026-cı ilin birinci rübündə işçilərin sayı 4 302 nəfər olduğu halda, üçüncü rübdə bu rəqəm 4 212 nəfərə düşüb.

Beləliklə, iki rüb arasında işçi sayında 90 nəfər və ya 2,1 faiz azalma qeydə alınıb.

İkinci rübdə isə yükdaşımaları istiqamətində çalışanların sayı 4 270 nəfər təşkil edib. Bu da üçüncü rübdə əvvəlki rüblə müqayisədə işçi sayının daha 58 nəfər azaldığını göstərir.

Qeyd edək ki, açıqlanan rəqəmlər işçilərin sayında azalma olduğunu göstərsə də, bunun məhz ştat ixtisarları ilə bağlı olduğunu təsdiqləmir.

Azalmanın səbəbi ilə bağlı ADY-nin rəsmi mövqeyi məlum deyil.

Gülşən Rəsul