Dəlidən doğur xəbər: erməni müxalifətçidən gözlənilməz açıqlama

Dəlidən doğur xəbər: erməni müxalifətçidən gözlənilməz açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda həbsdə olan, Ermənistanın əsas siyasi təşkilatlarından biri olan “Bizim Yol” Hərəkatının lideri Samvel Karapetyan qəribə açıqlama verib.

Tribuna.az xəbər verir ki, o, indiyə qədər Ermənistanın işğalçılıq siyasətini dəstəklədiyi halda, fikirlərini dəyişib.

Belə ki, o, “Ermənistanın heç bir qonşusu və fövqəlqüvvə ilə pis münasibət qurmaq hüququ yoxdur” deyib. Hədəflərinin “güclü Ermənistan” olduğunu bildirən Karapetyan iddia edib ki, Azərbaycan və Türkiyə ilə əyri “dostluq” qurmaqla əsl sülhə nail ola bilməyəcəklər. “Rusiyaya qarşı sui-qəsd qurmaqla bölgədə özümüzü təhlükəsiz hiss etməyəcəyik. İran və Gürcüstanın həyati maraqlarını görməzdən gəlməklə çətin anlarda dostlarımız olmayacaq”.

Xatırladaq ki, Karapetyan Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışdadır. O, Qarabağda separatçılara yardım etməkdə ittiham olunur.

Fərda Uğur