Ötən illə müqayisədə bu il qadınların ölümü ilə nəticələnən qətl hadisəsi daha çox olub.
Tribuna xəbər verir ki, bu barədə məlumatı vəkil Zibeydə Sadıqova paylaşıb. O bildirib ki, 2025-ci ilin bitməyinə hələ 1 ay qalmasına baxmayaraq, artıq qadın qətllərinin sayı ötən ilkini ötüb:
“2024-cü ildə ancaq mediada 39 qadın qətli barədə xəbər var idisə, 2025-ci il hələ bitməyib, belə məlumat artıq 40 nəfərə çatıb”.
Gülşən Rəsul









