Dünən Məhəmmədli-Fatmayi yolunda baş verən dəhşətli qəzanın görüntüləri yayılıb.
Tribuna xəbər verir ki, qəza anının görüntülərini Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev sosial şəbəkə hesabında paylaşıb. O bildirib ki, bir anlıq verilən səhv qərar daha bir gəncin həyatını yarımçıq qoyub.
Belə ki, 26.11.2025-ci il tarixində Abşeron rayonunda, Məmmədli–Fatmayı yolunda baş verən ağır yol qəzası nəticəsində “Chevrolet” markalı avtomobilin sürücüsü E. Ələsgərov dünyasını dəyişib. İlkin ehtimallara əsasən, hadisəyə sürət həddinin aşılması və avtomobilin əks zolağa çıxması səbəb olub.
Gülşən Rəsul









