DEA 49 minə yük maşını alır

DEA 49 minə yük maşını alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Ehtiyatları Agentliyi növbəti tenderini yekunlaşdırıb.

Tribuna.az xəbər verir ki, qurum yük maşını satın almaq niyyətindədir.

Məlumatda deyilir ki, Agentlik bu məqsədlə “AUTO AZƏRBAYCAN” MMC ilə satınalma müqaviləsi imzalayıb. Həmin müqavilənin dəyəri isə 49 min 900 manat təşkil edir.

Bildirək ki, alınacaq yük avtomobilinin sayı 1 ədəd olacaq.

Qeyd edək ki, Dövlət Ehtiyatları Agentliyinin adı bir qədər əvvəl qalmaqala qarışmışdı. Hesablama Palatasının hesabatında qeyd edilirdi ki, sözgedən dövlət qurumu büdcədən ayırılmış pulları məqsədlə üçün xərcləməyərək, mənfəət əldə etmək üçün banklardan birinə yerləşdiribmiş. Məqsəd mənfəət əldə etmək olub.

Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin (ADEA) sədri Səbuhi Sadıqovdur.

Fərda Uğur