Daşnakların liderindən iddia: “Paşinyan Hikmət Hacıyevlə gizlicə görüşüb”

Daşnakların liderindən iddia: “Paşinyan Hikmət Hacıyevlə gizlicə görüşüb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri və Dilicanda bu ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşməsi revaşistlərə “od qoyub”.

Tribuna.az xəbər verir ki, erməni mediası da daxil olmaqla, müxalifət bu səfərlə bağlı çeşidli fikirlər səsləndiriblər.
Qeyd edək ki, bir neçə gündür “Hraparak” qəzeti Hikmət Hacıyevin sərhəddi keçdiyi hissəsində gömrük və sərhəd nəzarət xidmətinin qurulacağını iddia edir. Deputat Tiqran Abramyan isə açıq şəkildə “ağlaşma” qurub. O, iki gündür Hacıyevin səfərini “təhlil” edib, bitirə bilmir.
Bu gün isə Ermənistan Daşnaksütun Partiyasının rəhbəri İşxan Saqatelyan gülməli iddia ilə çıxış edib. Onun sözlərinə görə, Hikmət Hacıyevin səfəri günü Ermənistanın baş naziri Nikol Paşinyanın Dilicanda olması təsadüf ola bilməz. “Hikmət Hacıyevin Dilicana səfər etməsi vaxtı Nikol Paşinyanın yaxınlıqda velosiped sürməsi təsadüfi deyil. O, yəqin ki, Hacıyevlə təsadüfən ağacın altında görüşmüşüb”.

Fərda Uğur