Daşnakların əski parçası oyunu: “Çörək ağacları”nı əldən vermək istəmirlər

Daşnakların əski parçası oyunu: “Çörək ağacları”nı əldən vermək istəmirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı Qarabağ hərəkatının baş qaldırmaması üçün hər şeyi edəcəyini bəyan edib.

Tribuna.az xəbər verir ki, uzun illərdir Qarabağ məsələsini özünün şəxsi qazancına çevirmiş revanşistlər bundan ciddi şəkildə narahat olublar.

Qeyd edək ki, bir neçə gündür İrəvanın Fransa meydanında separatçıların əski parçasının yerləşdirilməsi uğrunda “mübarizə” gedir. Belə ki, daşnaklar oradan götürülmüş “bayrağ”ın yerinə qoyulmasına çalışırlar. Şənbə günü Daşnaksütun Partiyasının Gənclər Komitəsi buna üç dəfə cəhd ediblər. Lakin hər dəfəsində uğursuz olublar. Şəhər meriyası yekunda polisin imkanlarından istifadə etməli olub. Nəticədə, sözügedən partiyanın bir neçə üzvü saxlanılıb.

Ötən gün Daşnaksütyun Partiyası bununla bağlı bəyanat yayıb. Onlar iddia ediblər ki, baş nazir Nikol Paşinyan “Qarabağ hərəkatı”nın bitdiyini qəbul etməyənlərin səsini qulaqardına vurur. “O, eyni zamanda və ardıcıl olaraq Azərbaycanın antierməni addımlarını haqlı çıxarmaq davranışını davam etdirir”.

Bildirək ki, revanşist və danşanaklar maksimum dərəcədə özlərinin “çörək ağacları”nı əldən vermək istəmirlər. Bunun üçün də bütün mümkün təxribatlara əl atmaqdan çəkinmirlər. Lakin Ermənistanda son 6 ayda keçirilən sorğulardan məlum olur ki, erməni əhalisinin böyük qismi Qarabağ məsələsi ilə maraqlanmır. Hətta bir hissəsi bu problemin bir daha yaşanmasının əleyhinə olduğunu qeyd edir.

Fərda Uğur