Ermənistanda fəaliyyətdə olan Daşnaksütun Partiyasının seçki dönəmində keçmiş prezident Robert Koçaryanın qanadlarına sığınaraq, parlamentə düşməyə çalışırlar.
Tribuna.az xəbər verir ki, bu təşkilat ötən seçkilərdə də analoji taktika ilə parlamentdə təmsilçilik hüququ almışdılar.
Ortada çox da görünməyən Daşnaksütun Partiyasının sədri İşxan Saqatelyan dünən “gül ağzını” açaraq, yenə Azərbaycan əleyhinə danışıb. O iddia edib ki, guya, hazırda Ermənistan ərazisində Azərbaycan Ordusu yerləşib. “Ermənistanda Azərbaycan ərazisi yoxdur. Azərbaycan qoşunları Ermənistandan çıxarılmalıdır”.
Fərda Uğur









