Daşnaklar da Kremldən gələn təlimata dəstək verdi

Daşnaklar da Kremldən gələn təlimata dəstək verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Siz münaqişənin həlli ilə bağlı sənəd imzalaya bilərsiniz. Lakin həmin qoşunlar sizin ərazinizi tərk etməyəcəklər”.

Tribuna.az xəbər verir ki, bu iddia ilə Ermənistan Daşnaksütun Partiyasının rəhbəri İşxan Saqatelyana məxsusdur.

Onun sözlərinə görə, Azərbaycan ordusu Ermənistan “ərazisindən” çıxmayacaq. “İndi deyirlər ki, sərhədin demarkasiyası və demarkasiyası nəticəsində qoşunlar çıxır. Amma bilirik ki, bu günlərdə də Azərbaycan öz mövqelərini möhkəmləndirmək üçün Ermənistan ərazisində əsaslı tikinti işləri aparır”.

Saqatelyanın iddiasına görə, gələcəkdə bağlanacaq sülh sazişi hələ münaqişənin bitməsi demək deyil. “Gələcəkdə bağllanacaq sülh sənədi bizə Azərbaycanın hücum etməyəcəyinə dair zəmanət verəcəkmi? Əlbəttə ki, yox”.

Baş daşnak da digər müxaliflər kimi, “zamin” söhbətinə dəstək verib. “Biz deyirik ki, əgər Azərbaycanla sülhün, belə desək, dönməz və dönməz olmasını istəyiriksə, beynəlxalq zaminləri cəlb etməliyik. Əgər biz həmin müqaviləni birbaşa imzalasaq və Azərbaycan sabah onu pozarsa, onları nə çəkndirəcək?”

P.S. Daşnakların “zamin” və “zəmanət” tələbi də digər müxaliflərdə olduğu kimi, eyni mənbədən qaynaqlanan məsələdir. Ermənistan müxalifətinin böyük qismi Rusiyanın təsiri altında olduğundan bu fikirlərin də Kreml tərəfindən ortaya atıldığı şübhə doğurmur. Görünən odur ki, Rusiya Azərbaycan və Ermənistan arasında sülhün sabit qalması üçün “zəmanətçi” olmaq fikrindədir. Çünki bölgədə başqa şəkildə qalmaq və ara qarışdırmaq üçün digər şansı yoxdur.

Fərda Uğur