Danielyan: “Ermənistan hazırda Azərbaycanın təsir zonasındadır”

Danielyan: “Ermənistan hazırda Azərbaycanın təsir zonasındadır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə seçkilərdən əvvəl Marqara keçid məntəqəsini açacaq ki, onların vassalı Ermənistanda istədikləri olsun”.

Tribuna.az bildirir ki, bu fikirlərin müəllifi erməni politoloq Stepan Danelyandır.

Onun sözlərinə görə, iqtisadiyyat ilk növbədə siyasətdir. “Xüsusən də yanacaq və enerjiyə gəldikdə. Çünki bunlar strateji əhəmiyyətli mallardır və yanacağın Ermənistana Azərbaycandan idxalı çox vacibdir”.

Danelyanın iddiasına görə, Azərbaycan Ermənistanın enerji sektorunu ələ keçirməyə çalışır. “Bu yumşaq güc deyil, onu strateji cəhətdən asılı vəziyyətə salmaq deməkdir”.

Erməni politoloqun fikrincə, Ermənistan hazırda Azərbaycanın təsir zonasındadır. “Ermənistan çox məhdud suverenliyə malik bir ölkədir və məğlub, təslim olmuş bir ölkə kimi Azərbaycanın tələblərini yerinə yetirir. Azərbaycan Ermənistanın daxili informasiya siyasətini müəyyənləşdirir”.

Fərda Uğur