Danelyandan sərsəmləmə: Azərbaycana daha bir böhtan

Danelyandan sərsəmləmə: Azərbaycana daha bir böhtan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əgər İran müqavimət göstərə bilsə, TRIPP əhəmiyyətini itirəcək”.

Tribuna.az xəbər verir ki, bu fikirlərin müəllifi erməni politoloq Stepan Danielyandır.

Onun sözlərinə görə, TRIPP-nin əsas məqsədi Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq və İranı şimaldan Türk dünyası ilə mühasirəyə almaq idi. “Bu, Amerika və Britaniya planı idi. Lakin bu bölgə də İsrailin prioriteti olduğundan, ABŞ mahiyyət etibarilə İsrail planını da həyata keçirirdi”.

Danelyanın iddiasına görə, TRIPP çərçivəsində İranı izləyəcək kəşfiyyat stansiyaları da yerləşdirilməli idi. O həmçinin sərsəmləyərək bu stansiyaların guya, Azərbaycandakı Britaniya və İsrail “mərkəzləri”nə birləşdirilməliydi.

Fərda Uğur