“Ermənistanın hazırkı baş nazirinin və bu qrupun təbliğat xətti ondan ibarətdir ki, əgər onlar təkrarlamasalar, müharibə olacaq. Bu xəttin daha inandırıcı olması üçün təbii ki, onlar bu cür bəyanatlar şəklində Azərbaycandan dəstək almalıdırlar”.
Tribuna.az xəbr verir ki, bunu politoloq Stepan Danielyan deyib.
Onun sözlərinə görə, əgər Azərbaycan Nikol Paşinyanın Ermənistanda hakimiyyətdə olmasını istəyirsə, müəyyən addımlar da atılmalıdır. “Çünki Paşinyan Azərbaycanın dəstəyi ilə hakimiyyətə gələrsə, o zaman Azərbaycanın maraqlarına xidmət etməlidir”.
Danelyan bildirib ki, Bakının birinci hədəfi Zəngəzur dəhlizinin açılmasına nail olmaqdır. “Azərbaycanın birinci addımı Zəngəzur dəhlizinə nəzarəti ələ keçirməlidirlər. Bu, həm də o deməkdir ki, Paşinyan Azərbaycan hakimiyyətinin açıq şəkildə danışdığı Ermənistanın demarkasiyası və delimitasiyası prosesini başa çatdırmalıdır”.
Fərda Uğur









