Daha bir separatçı saxlanıldı: 75 min dollara ev dustaqlığına buraxıldı

Daha bir separatçı saxlanıldı: 75 min dollara ev dustaqlığına buraxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Baş Prokurorluğunun təqdimatı əsasən daha bir separatçı saxlanılıb.

Tribuna.az xəbər verir ki, qondarma “Qarabağ müdafiə ordusu”nun komandanı olmuş Mikael Arzumyan dünən polis tərəfindən saxlanılıb.

Məlumatda deyilir ki, məhkəmənin qərarı ilə o, 30 milyon dram və ya 75 min dollar girov müqabilində ev dustaqlığıa buraxılıb.

Arzumyan 44 günlük müharibə zamanı Talış kəndi və Şuşa şəhərinin Azərbaycan Ordusu tərəfindən azad edilməsi zamanı səhlənkarlıq etməkdə ittiham olunur.

Fərda Uğur