Daha bir ölkə İrandakı səfirliyini Azərbaycana köçürdü

Daha bir ölkə İrandakı səfirliyini Azərbaycana köçürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın Şərqdə gərginliyin artması ilə əlaqədar daha bir ölkənin İrandakı diplomatik nümayəndəliyi fəaliyyətini Azərbaycandan davam etdirəcək. Meksikanın İrandakı səfirliyi təhlükəsizlik səbəblərinə görə müvəqqəti olaraq Bakıya köçürülür.

Tribuna.az xəbər verir ki, bu barədə “Secretaría de Relaciones Exteriores” məlumat yayıb.

Bildirilib ki, regionda təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən Yaxın Şərq ölkələrindən 629 Meksika vətəndaşı təxliyə edilib. Təxliyə əməliyyatları Azərbaycan. İsrail, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Livan və Qətər ərazilərindən həyata keçirilib.

Nazirliyin məlumatına görə, əməliyyat Meksikanın səfirlik və konsulluqları tərəfindən koordinasiya olunub.

Diplomatik qurumun açıqlamasına görə, vətəndaşların böyük hissəsi quru yolları ilə yaxın ölkələrə çıxarılıb. Bu ölkələrdə hava məkanı açıq olduğuna görə, təxliyə olunanların təhlükəsiz istiqamətlərə daşınması davam etdirilib.

Qeyd olunur ki, regionun bir sıra ölkələri hava məkanına məhdudiyyətlər tətbiq etdiyindən kommersiya reysləri və beynəlxalq hərəkət xeyli çətinləşib.

Konsulluq rəsmiləri bildiriblər ki, uçuşların tam bərpası hər bir ölkənin daxili təhlükəsizlik qiymətləndirmələrindən asılıdır və bəzi hava limanları hazırda fasilələrlə fəaliyyət göstərir.

Təhlükəsizlik şəraiti nəzərə alınaraq, Meksikanın Irandakı səfirliyi diplomatik fəaliyyətini müvəqqəti olaraq Azərbaycana köçürəcək.

Bildirilib ki, bu gündən etibarən konsulluq xidmətləri Azərbaycandan göstəriləcək və proses Bakıda yerləşən Meksika diplomatik nümayəndəliyinin dəstəyi ilə həyata keçiriləcək.

Diplomatik qurumun məqsədi münaqişə zonasını tərk etmək istəyən vətəndaşlara konsulluq yardımı göstərmək və xüsusilə daha təhlükəsiz hesab edilən quru marşrutları ilə çıxış yollarını koordinasiya etməkdir.

Məlumata görə, indiyədək regiondakı vəziyyət nəticəsində xəsarət alan və ya fiziki zərər görən Meksika vətəndaşı barədə məlumat daxil olmayıb.

Sonda nazirlik münaqişə davam etdiyi müddətdə vətəndaşları region ölkələrinə səfərdən çəkinməyə çağırıb və təxliyə əməliyyatlarını həyata keçirən diplomatik heyətin fəaliyyətini yüksək qiymətləndirib.

Qeyd edək ki, ötən həftə sonu İtaliyanın da İrandakı səfirliyi də təhlükəsizlik səbəbindən müvəqqəti olaraq Azərbaycana köçürülərək fəaliyyətini buradan davam etdirməyə başlayıb.

Sənan Məmmədli