Daha bir İcra Hakimiyyətində yoxlamalara BAŞLANILDI

Daha bir İcra Hakimiyyətində yoxlamalara BAŞLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə İcra Hakimiyyətində yoxlama aparılır, Hesablama Palatası nəzarət tədbiri həyata keçirir.

 Tribuna xəbər verir ki, bu barədə “Ajans.az” məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən 2025-ci ilin İş Planına əsasən Gəncə Şəhər İcra Hakimiyyətində nəzarət tədbiri həyata keçirilir.

“Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə uyğun olaraq audit prosesi hazırda davam edir.

Nəzarət tədbirlərinin nəticələri barədə məlumatların təqdim edilməsi “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinə uyğun olaraq tənzimlənir.