COP17-də separatçılara yer verilmədi

COP17-də separatçılara yer verilmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın paytaxtı İrəvanda keçirilən COP17 tədbiri çərçivəsində separatçılare bəzi addımlar atmaq istəyiblər.

Tribuna.az xəbər verir ki, onlar əvvəlcə tədbirlərə qatılıb, gələn qonaqlara Qarabağ yalanlarını danışmağa cəhd ediblər.

Lakin həmin istəkləri baş tutmayıb. Bunun ardından isə konfransın keçirildiyi ərazidə pavilyon yaratmaq fikrinə düşüblər. Separatçıların nümayəndəsi Artak Beqlaryan bildirib ki, onlara pavilyon yaratmağa icazə verməyiblər. “Biz COP17 çərçivəsində Qarabağ üçün pavilyon yaratmaq istədik. Lakin bizə icazə verilmədi. Biz Qarabağın biomüxtəlifliyini təqdim etmək istəyirdik”.

Fərda Uğur