Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşıb

Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşıb.

Tribuna.az xəbər verir ki, bununla bağlı iki ölkə arasında imzalanmış sənədlərin iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə mübadiləsi mərasimi olub.

Belə ki, Azərbaycanın Şuşa şəhəri ilə Qırğızıstanın Çolpon-Ata şəhəri arasında, Qəbələ şəhəri ilə Karakol şəhəri arasında, Gəncə şəhəri ilə Oş şəhəri arasında əməkdaşlığın və qardaşlaşma əlaqələrinin yaradılması haqqında anlaşma memorandumları imzalanıb.

***

09:01

Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb.

Tribuna.az  xəbər verir ki, Çolpon-Ata şəhərinin meri Rustam Kadırkulov və Azərbaycan Respublikasının Qırğızıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov bununla bağlı “Çolpon-Ata və Şuşa şəhərləri arasında qardaşlaşmış şəhər əlaqələrinin qurulmasına dair Memorandum”u mübadilə ediblər.