Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 29-da ölkə ərazisində qeydə alınan 46 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə Tribuna.az -a DİN-nin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 137, o cümlədən borclu şəxs qismində axtarışda olan 105 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 21 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.

Sənan Məmmədli