Cəzalandırılan plastik cərrah və stomatoloqların sayı

Cəzalandırılan plastik cərrah və stomatoloqların sayı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2026-cı il fevral ayı ərzində 12 stomatoloq barəsində inzibati tənbeh tədbiri seçilərək müvafiq maddələrə əsaslanan protokollar yazılıb.

Bu barədə Tribuna.az -a Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 2026-cı il fevral ayı ərzində 3 plastik cərrah barəsində inzibati tənbeh tədbiri seçilərək müvafiq maddələrə əsaslanan protokollar yazılıb:

“Protokollar əsasən sertifikasiya şəhadətnaməsi olmaması və lisenziyadankənar fəaliyyətlə əlaqədardır. Eyni zamanda fevral ayında 34 yoxlama keçirilib”.

Sənan Məmmədli