Cevdet Yılmaz İlham Əliyevə təşəkkür etdi

Cevdet Yılmaz İlham Əliyevə təşəkkür etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kipr türk xalqının haqq işinə güclü dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Baş nazir Əsədova minnətdarlığımı bildirmək istəyirəm.

Tribuna.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşündə çıxışı zamanı deyib.

O bildirib ki, bu gün Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri, təşkilatın müşahidəçi üzvü Ünal Üstelin burda olmasından çox məmnundur:

“Kipr adası strateji mövqeyi ilə regionda baş verən son hadisələr fonunda bu gün daha da əhəmiyyət kəsb edir. Ona görə də biz KKTC-ni bu coğrafiyada türk dünyasının ortaq varlığını və ortaq maraqlarını təmsil edən bir ünsür kimi qəbul etməliyik”.