Türkiyənin sevilən yumor ustası Cem Yılmazdan sevənlərinə üzücü xəbər gəlib.
TİA.AZ xəbər verir ki, Yılmaz səhhətində yaranan problemlərə görə dərhal xəstəxanaya yerləşdirilib.
O, bu barədə sosial şəbəkədə məlumat verib.
Məhz bu səbəbdən aktyorun şou proqramı yanvarın 5-nə keçirilib.
Xatırladaq ki, Cem Yılmaz Bakıda verdiyi konsertdən sonra uzun müddət biletlərinin qiymətlərinin bahalığına gündəmi zəbt etmişdi.









