Çələbyanın nağıllar aləminə səyahəti

Çələbyanın nağıllar aləminə səyahəti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Errmənistanda bəzi siyasətçilər hələ də xam xəyallarda yaşamaqda davam edirlər.

Tribuna.az xəbər verir ki, onlar “Qarabağa qayıdacağıq” kimi nağıllar uyduraraq, bəzi ermənilərin başının altına yumuşaq yastıqlar qoyurlar.

Belə ki, “HayaQue” birliyinin koordinatoru Avetik Çalabyan onlardan biridir. Uzun illər “Qarabağ çörəyi” yemiş bu siyasətçi, “yağlı tikə”nin əldən çıxmasından sonra onun həsrətini yaşayır. Eyni zamanda, davamlı olaraq nağıllar danışaraq, Qarabağa qayıdacaqları illuziyası ilə yaşadığını nümayiş etdirir. Ötən gün yenə eyni mövzudan danışıb. Hələ üstəlik, “ənilik” də ifadə edib. “Biz Qarabağın yenidən birləşməsini təmin edəcəyik. Onu Ermənistana və ermənilərə qaytaracağıq. Azərbaycanın istənilən müqavimətinə qarşılıq verəcəyik”.

Fərda Uğur