Buraxılış imtahanları bu tarixlərdə keçiriləcək

Buraxılış imtahanları bu tarixlərdə keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

11-ci siniflər üzrə buraxılış imtahanlarının keçirilmə vaxtı məlum olub.

Tribuna.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi bununla bağlı məlumat yayıb.

Belə ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı iki zona olmaqla 9 və 15 mart tarixlərində keçiriləcək.

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə üç zona üzrə 5, 12 və 26 aprel tarixlərində təşkil olunacaq.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün bütün abituriyentlərin qeydiyyatı (ərizə qəbulunun I mərhələsi) 18 fevral – 5 mart tarixlərində aparılacaq.

 

Nigar İxtiyarqızı