“Bura bizim torpağımızdır” – Netanyahudan Qəzza və Livanla bağlı növbəti şok bəyanat

“Bura bizim torpağımızdır” – Netanyahudan Qəzza və Livanla bağlı növbəti şok bəyanat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin apardığı hərbi əməliyyatlara və regional iddialarına toxunaraq, İsrail xalqının öz tarixi torpaqlarına qəti şəkildə geri döndüyünü bəyan edib.

Tribuna.az  xəbər verir ki, Netanyahu rəsmi çıxışında ölkəsinin geri addım atmayacağını vurğulayaraq bildirib: “İsrail xalqı evinə qayıtdı və bura bizim torpağımız olduğu üçün xalqımız həmişəlik burada qalacaq. Bu torpaqlar bizə məxsusdur. Biz geri döndük, gəldiyimiz yerə, əcdadlarımızın getdiyi yola qayıtdıq”.

Baş nazir çıxışında həmçinin Qəzza və Livandakı cari hərbi vəziyyət barədə də son məlumatları paylaşıb. O, İsrail ordusunun hər iki cəbhədə ciddi irəliləyiş əldə etdiyini ifadə edərək vurğulayıb: “Biz hazırda Qəzza zolağının 60%-dən çox ərazisinə tam nəzarət edirik və oradakı HƏMAS qüvvələri üzərində təzyiqimizi daha da gücləndiririk. Livanda isə icmalarımıza qarşı yönəlmiş quru işğalı təhlükəsini tamamilə dəf etdik və ‘Hizbullah’ın raket potensialını darmadağın etdik. Lakin hər iki bölgədə hələ görüləsi çox işimiz var”.